BU RAYONLARDA DA VƏZİFƏLİ ŞƏXSLƏR SAXLANILDI - Növbəti əməliyyat
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Beyləqanda əməliyyat keçirməsi barədə xəbər vermişdik.
Qafqazinfo.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, əməliyyat tədbirləri nəticəsində İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki, Qazax və Xaçmazda yerləşən Ərazi Şöbələrində də axtarışlar aparılıb. Həmin idarələrin bir neçə vəzifəli əməkaşı saxlanılıb.
Qeyd edək ki, əməliyyat çərçivəsində qurumun Beyləqan Ərazi şöbəsinin müdiri Elsevər Paşayev də saxlanılıb.
Baş İdarənin həyata keçirdiyi əməliyyatın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumatın verilməsi gözlənilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın