Bu yolla düşmənə məlumat ötürülür... - Ekspert
Orduda smartfon tipli telefonlar yığışdırılmalıdır. Mən bunu illərdir deyirəm və yenə bu fikirdə qalıram.
Bu sözləri hərbi ekspert Rəşad Süleymanov qeyd edib.
Onun sözlərinə görə, Ordumuzun smartfondan istifadə etməməsi təhlükəsizliyin təmin olunmasında vacib rol oynaya bilər:
“Bu, videolara görə deyil, digər təhlükəsizlik (koordinatların asan təyin edilə bilməsi, məsafədən müdaxilə edilərək həmin telefon üzərindən danışıqların dinlənilməsi və s.) baxımdan vacibdir. Videolar canlı yayımlanmır ki, o yeri düşmən dərhal müəyyən etsin. Bəzən saatlar, bəzən günlər sonra yayımlanır.
Döyüşən heyəti və vətəndaşları maarifləndirmək, bu yayımların zərərini başa salmaq lazımdır. Təkcə döyüş zonası deyil, Bakı, Kürdəmir, Gəncə və digər şəhər və rayonlarda çəkilən görüntülər var ki, düşməni kəşfiyyat məlumatları ilə təmin edir”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın