"Bundan sonrası Putin və onun komandasının işidir...” -“Barbarosun yadigarı olan Liviya Osmanlının bir parçası olub"-Ərdoğan
"Qiyamçı Haftarın atacağı addımları diqqətlə izləyəcək, əgər hücumlarını davam etdirərsə, ona lazım olan dərsi verəcəyik".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan general Xəlifə Haftarın Moskvada atəşkəs sazişi imzalamadan tərk etməsinə mövqeyini açıqlayarkən deyib.
“Biz üzərimizə düşən missiyanı yerinə yetirdik, bundan sonrası Putin və onun komandasının işidir...”- Ərdoğan bildirib.
Onun sözlərinə görə, Liviya xəritə üzərində uzaq görünsə də, Türkiyə üçün yad ölkə deyil: “Barbarosun yadigarı olan Liviya Osmanlının bir parçası olub. Liviya və Liviya xalqı arasında çox dərin sosial bir bağlılığımız mövcuddur. Buna görə də Liviyada baş verənlərə laqeyd qala bilmərik”.
Ərdoğan onu da əlavə edib ki, qiyamçı general Haftarın hədəfində ərəb olmayan və sayı milyondan çox olan Koroğlu Türkləri də var.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın