Bundestaq Ukrayna ilə bağlı qərar verdi
Almaniya parlamenti Ukraynaya ağır silahların verilməsinə səs verib.
Bu barədə “Die Zeit” nəşri məlumat yayıb.
“Bundestaq Ukraynaya ağır silahların verilməsilə bağlı qərar qəbul edib. 586 deputat qanun layihəsinin lehinə, 100 deputat isə əleyhinə səs verib, 7 deputat bitərəf qalıb”, - məlumatda bildirilib.
Qərar 70 dəqiqəlik debatdan sonra qəbul olunub./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın