“BUNU EDƏ BİLƏCƏK YEGANƏ QÜVVƏ ƏRDOĞANDIR” – “Onun bu bəyanatı Rusiya üçün dəhşətli zərbə oldu...”

“BUNU EDƏ BİLƏCƏK YEGANƏ QÜVVƏ ƏRDOĞANDIR” – “Onun bu bəyanatı Rusiya üçün dəhşətli zərbə oldu...” 

“Türk gəmiləri vurulsa, Rusiyanın Qara dəniz donanmasından heç nə qalmayacaq”

Məlum olduğu kimi, Rusiya “Taxıl sazişi”ndən çıxdığını bəyan edib və bunun ardınca üç gündür ki, Ukraynanın Odessa şəhəri başda olmaqla, Qara dənizdəki bütün limanlarını bombalayır. Məqsəd müxtəlif ölkələrin bayraqları altında üzən gəmilərin Ukrayna limanlarına yaxınlaşmasına, Qara dəniz vasitəsilə Ukraynaya aid kənd təsərrüfatı məhsullarının daşınmasına imkan verməməkdir.

Ancaq bütün bunlarla yanaşı, təkcə Ukrayna deyil, bütün dünya üçün böyük önəm daşıyan “Taxıl sazişi”nin yenidən işə düşəcəyinə dair ümidlər var. Eyni zamanda, ən nüfuzlu politoloqlar bildirirlər ki, bunu edə biləcək yeganə qüvvə Türkiyə və onun Prezidenti Rəcəb Tayyib Ərdoğandır.

AzPolitika.info xəbər verir ki, tanınmış politoloq Mixail Şeytelman Ukrayna kanallarından birinə son müsahibəsində bu məsələyə toxunub və qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski sazişi Rusiyasız davam etdirməyi təklif edib. Ancaq bu təklifin və ümumilikdə “Taxıl sazişi”nin taleyi Ərdoğanın əlindədir: “İndi hər şeyi Türkiyə həll edəcək. Türkiyə “hə” desə, Rusiya heç bir etiraz edə bilməyəcək. O, Türkiyə gəmilərini batıra bilməz. Çünki bunu etsə, bütünlüklə özünün Qara dəniz hərbi donanmasından məhrum olacaq. Məlum məsələdir ki, Türkiyənin hərbi dəniz donanması Rusiyanın Qara dəniz donanmasından xeyli güclüdür və çox qısa müddətdə onu məhv edə bilər”.

Şeytelman Türkiyənin bu mövzuda çox incə siyasət apardığını deyib: “Hələ ki, Türkiyə “Taxıl sazişi”nin davamına “hə” deməyib. Məncə, Ərdoğan Putinin devrilməsinə stavka edib. O, Putini Ankaraya təsadüfən dəvət etməyib. O, bilir ki, Putin imtina edəcək. Ərdoğan Putini Ankaraya publik şəkildə deyil, öz aralarındakı əlaqələr vasitəsilə dəvət edə bilərdi.

Ancaq bu yolla bir növ Putini növbəti dəfə zəif duruma saldı. Hətta bunu ilk olaraq Zelenskiyə dedi ki, Putini Türkiyəyə dəvət edirəm. O, demək olar ki, hər gün Putinə hansısa zərbə endirir. Onun NATO-nun Vilnyus sammitindən sonra “2025-ci ildə Rusiya qoşunları Qarabağdan çıxarılmalıdır” bəyanatını verməsi Rusiya üçün dəhşətli zərbə oldu.

Ancaq bununla da bitmədi. Elə az öncə Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya 7.6 milyon dollarlıq humanitar yardım ayırdığını bəyan etdi. Əlbəttə ki, Ərdoğanın bundan xəbəri olmamış deyil. Məncə, hətta Ərdoğan İlham Əliyevdən bunu xahiş edib...”

Şeytelman deyib ki, Ərdoğan Rusiya hakimiyyəti daxilində nələr baş verdiyini çox yaxşı bilir: “Məncə, Ərdoğan Kreml daxilində baş verənləri bizdən xeyli daha çox bilir. Hərfi mənada. Əminəm ki, onun orada birbaşa, hətta onlayn rejimdə agenturası var. Ona görə də məsələn, Dmitri Peskov çıxıb deyəndə ki, “Vaqner”-lə görüş keçirilib, artıq Ərdoğan bilir ki, belə bir görüş olubmu, olmayıbmı? Görüşdə kimlər olub, kimlər həbs edilib, kimlərsə yox. O, bilir ki, məsələn, (general)Surovikin hardadır. Yəni, bizim bilmədiyimiz çox şeyləri bilir. Ona görə də, böyük ehtimalla bilir ki, Putin bitir. O mənada yox ki, Putin ölür. O mənada ki, hansısa vaxtdan sonra Putinin olmayacağını bilir və növbəti hakimiyyətlə oyunlar qurur. Məsələn, biz istisna edə bilmərik ki, Patruşev(Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev) ailəsi varis olacaq”.

Yeri gəlmişkən, Şeytelman bildirib ki, Rusiyanın “Taxıl sazişi”nin davam etdirilməsi qarşılığında irəli sürdüyü əsas şərt Rusiya “Selxozbank”-ının SWİFT-ə qoşulmasıdır. Bu bank isə Patruşev ailəsinindir. Onun vasitəsilə siyasi elitanın biznesinin, maliyyə vəsaitlərinin komfortlu fəaliyyəti təmin olunur. Politoloq qeyd edib ki, bunun özü də Patruşevin mövqeyinin hansı dərəcədə yüksək olduğunu və onun maraqlarının Rusiyanın maraqlarının üzərində durduğunu göstərir. İndi isə Şeytelmanın dediyi kimi, həm Rusiya eliatsının, həm “Taxıl sazişi”nin, həm də ümumilikdə Ukrayna cəbhəsində baş verənlərin geosiyasi perspektivində Ərdoğanın mövqeyi əhəmiyyətli rol oynayır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər