"Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin təqdimatı keçiriləcək

"Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin təqdimatı keçiriləcək - FOTOLAR

15 aprel 2023-cü il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda "Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin təqdimatı ilə bağlı hazırlıq məsələləri müzakirə edilmişdir.

Məlum olduğu kimi, 17 dekabr 2022-ci tarixində  Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Bakıda II Bütöv Azərbaycan Forumu keçirilmişdi. Forumda Bütöv Azərbaycan Ocaqları (BAO) "Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin (BAKM) yaradılması təşəbbüsü ilə çıxış etmiş və forum iştirakçıları tərəfindən müsbət qarşılanmışdı.

Faktinfo.az xəbər verir ki,BAO-nun Mətbuat Xidmətinin məlumatında 22 aprel 2023-cü il tarixində saat 12:00-da "Astoria-Bakı" otelinin (Bakı şəh., Babək pros. 65 "B") konfrans salonunda "Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin təqdimat mərasimi keçiriləcəyi bildirilir.

 "Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin yaradılmasınında məqsəd Azərbaycanın bütövlüyü, o cümlədən Güney Azərbaycan Türklərinin milli haqları uğrunda mübarizə aparan ictimai və siyasi təşkilatların fəaliyyətini koordinasiya etmək, onların birgə və daha effektiv fəaliyyətini təşkil etməkdir.

"Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin işində Azərbaycan Respublikasının Millət vəkilləri, ziyalılar, Azərbaycanın Güneyini təmsil edən təşkilat rəhbərləri və nümayəndələri iştirak edəcəklər.





"Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin təqdimatı keçiriləcək"Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin təqdimatı keçiriləcək"Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin təqdimatı keçiriləcək"Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin təqdimatı keçiriləcək"Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin təqdimatı keçiriləcək
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər