Bütöv Azərbaycan Ocaqları (BAO) İcra Aparatının növbəti iclası keçirilib

Bütöv Azərbaycan Ocaqları (BAO) İcra Aparatının növbəti iclası keçirilib 

Öncə Azərbaycanda, o cümlədən dünyada baş verən ictimai-siyasi proseslər müzakirə edilmişdir.

İclasda həmçinin Bütöv Azərbaycan Ocaqlarının (BAO) qarşıda duran vəzifələri də müzakirə edilmişdir. 44 günlük 2-ci Qarabağ müharibəsindən sonrakı dönəmdə İran-Azərbaycan münasibətlərinin yeni müstəviyə keçməsi ilə əlaqədar olaraq, başlıca hədəfimiz qüvvədə qalmaq şərti ilə müəyyən metodoloji dəyişikliklər etmək qərara alındı.

İclasda bu günlərdə Bakıda həyata keçirilən həbslər də müzakirə mövzusu olmuşdur.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq güc strukturlarının İran adlanan ölkənin Azərbaycandakı agentura şəbəkəsini çökərtmək sahəsində fəaliyyətini alqışlayırıq.

Müxtəlif vasitələrlə Azərbaycanda sabitliyi pozmağa çalışan İran adlanan ölkəyə qarşı Dövlətin və hökumətin qəti fəaliyyətini dəstəkləyirik.

Bütöv Azərbaycan Ocaqları


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi