Bütöv Azərbaycan Ocaqları bəyanat yaydı:Bu terror hadisəsi Azərbaycana olan neqativ münasibətin tərkib hissəsidir

Bütöv Azərbaycan Ocaqları bəyanat yaydı:Bu terror hadisəsi Azərbaycana olan neqativ münasibətin tərkib hissəsidir 

27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən terrorçu şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb.

Bu terror hadisəsi İran rejiminin Azərbaycan dövlətinə və xalqına qarşı olan neqativ, aqressiv münasibətinin tərkib hissəsidir.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq bu terror hadisəsini şiddətlə pisləyir, terror hadisəsinin səbəbkarlarının dərhal tapılıb məsuliyyətə cəlb edilməsini tələb edirik.Terror hadisəsinin araşdırılması üçün Azərbaycan və Türkiyə hüquq-mühafizə əməkdaşlarına müvafiq tədqiqat aparma imkanı yaradılmalıdır.

Baş verən terror hadisəsində Azərbaycanın diplomatik korpusunun mühafizəsinə cavabdeh olan İran İslam Respublikası rəhbərliyi birbaşa məsuliyyət daşıyır.

Bütöv Azərbaycan Ocaqları

Bakı, 27 yanvar 2023-cü il.





Birinci məlumatlanmaq üçün facebook səhifəmizi