Bütöv Azərbaycan Ocaqlarının Azərbaycan Millət vəkili Fazil Mustafaya olan terror aktı ilə bağlı BƏYANATI

Bütöv Azərbaycan Ocaqlarının Azərbaycan Millət vəkili Fazil Mustafaya olan terror aktı ilə bağlı BƏYANATI 

28 mart 2023-cü il tarixində Azərbaycan Millət vəkili Fazil Mustafaya qarşı Bakı şəhərində yaşadığı evinyaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilmişdir.

Ayağından və çiynindən güllə yarası alan deputat xəstəxanaya yerləşdirilib.Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq bu terror aktını qətiyyətlə pisləyir, səbəbkarlarının qısa zamanda  tapılıb məsuliyyətə cəlb edilməsini istəyirik.

Bu terror aktı Azərbaycan dövlətinə və dövlətçiliyinə hücum kimi dəyərləndirilməlidir.Ədalət naminə düzgün istintaq getməli və bu məsələdə iştirakı olan tərəflər  hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilməlidir.

Bütöv Azərbaycan Ocaqları.

Bakı, 29 mart 2023-cü il.




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi