"Bütün yazılanlar, deyilənlər yanlışdır" - Oqtay Gülalıyevin oğlu
Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş yoxdur.
Bu barədə məlumatı onun oğlu Təbriz Gülalıyev özünün feysbuk hesabında yayıb.
O, bildirib ki, atasının vəziyyətinin müsbət yöndə dəyişməsi haqda yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Könül istərdi ki, bu paylaşımlar həqiqət olsun. Amma bütün yazılanlar, deyilənlər yanlışdır. Həkimin bildirdiyinə görə, komadan nə zaman ayılacağı, qalacaq fəsadlar bilinmir. Həmçinin atamın qanında və ağciyərində infeksiya əmələ gəlib. Bunların qarşısını almaq üçün müalicə edirlər”.
Xatırladaq ki, Oqtay Gülalıyev oktyabrın 29-da, Bakıda piyada keçidinin üzərində 90-PZ-543 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobillə vurulub. Vəziyyəti ağırlaşdığından Heydər Əliyev Fondunun dəstəyi ilə ambulans təyyarəsi ilə Türkiyəyə göndərilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın