Camal Qaşıqçının qatilləri cəzasız qaldı – Məhkəmə son hökmü oxudu

Camal Qaşıqçının qatilləri cəzasız qaldı – Məhkəmə son hökmü oxudu 

Səudiyyə Ərəbistanının dövlət televiziyası “Washington Post” qəzetinin qətlə yetirilən köşə yazarı və Səudiyyə hökumətinin tənqidçisi olan Camal Qaşıqçının ailəsinin beş nəfəri edam cəzasından qurtaran əfvi elan etməsindən sonra onun işi ilə bağlı məhkəmənin son hökmləri verdiyini bildirib.

Ər-Riyad Cinayət Məhkəməsi bazar ertəsi səkkiz nəfər barəsində çıxarılan hökmü açıqlayıb. Məhkəmə beş nəfərin hər birini 20 il, bir nəfəri 10 il, iki nəfəri isə 7 il müddətinə həbs cəzasına məhkum edib.

Məhkəmə prosesi hüquq müdafiə qrupları və BMT-nin müstəqil təhqiqatçısı tərəfindən geniş tənqidlərə məruz qalıb. Onlar yüksək səviyyəli heç bir rəsminin, ya da qətli sifariş etməkdə şübhəli bilinən heç kəsin günahkar tanınmadığını qeyd edib. Məhkəmənin müstəqilliyi də şübhə altına alınıb.

Xatırladaq ki, “Washington Post” qəzetinin yazarı, ABŞ-da yaşayış icazəsi olan Camal Qaşıqçı evlənmək üçün sənədlərini almaq məqsədilə 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna getdiyi zaman orada qətlə yetirilib. Qaşıqçı “Washington Post” qəzetində yazdığı məqalələrdə Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın yürütdüyü siyasəti tənqid edirdi. (amerikaninsesi.org)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi