Cavid Qurbanovla bağlı açıqlama: Özləri cəhənnəm, başqalarını da faciəyə sürükləyirlər
Bu günlərdə Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanova məxsus olduğu deyilən restoranda Ata Abdullayevin döyülməsi xəbəri tirajlandı.
A.Abdullayevə münasibətim bəlli olduğundan yazımın məqsədi onun döyülməsi yox, karantin dövründə ayrı-ayrı vəzifəli şəxslərə məxsus ictimai-iaşə obyektlərinin qanunsuz işləməsidir.
Belə alınır ki, “köhnə hamam, köhnə tas” davam edir. Yəni, baş verən dəyişikliklər yenə dekorativ xarakter daşıyır, yenə də xüsusi imtiyazlı, qanundan üstün olan şəxslər, məmur-oliqarxlar varidatlarını artırmaqla məşğuldurlar, ziyan çəkənlər isə sıravi vətəndaşlardır. Doğrudanmı ölkədə vəziyyətin çox mürəkkəb olduğunu başa düşən yoxdur, doğrudanmı tamahlarına “yox” deyə bilmirlər?!
Bu gün artıq tamah yox, sadəcə tamahın baş yaracağını düşünməyənlərin baş əvəzinə nə isə başqa şeyin olduğuna şübhəm yoxdur. Ən dəhşətlisi də odur ki, bu gün at oynadanlar elə 2-3 il bundan əvvəl də at oynadırdılar. Deyəsən bunlarda heç özünü qoruma instinkti də yoxdur. Özləri cəhənnəm, bunlar hamını faciəyə sürükləyirlər.
Aslan İsmayılov
Hüquqşünas
Bu xəbər üçün şərh yazın