Cavid Qurbanovun Ağstafadakı kadrı işdən çıxarılıb

Cavid Qurbanovun Ağstafadakı kadrı işdən çıxarılıb 

Cavid Qurbanov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  Azərbaycan Dəmir  Yolları "QSC"-yə sədr təyin edildikdən sonra öz adamlarını dəmir yolu sisteminə işə gətirdi.Bir çox Yol İstimar İdarələrinin  rəisləri kimi, o zaman 27 saylı Qazax Yİİ-nin rəisi Həsən Hadıyev də Ağstafa Dəmir Yol Sahəsinin rəisi,peşəkar dəmiryolçu Şükür Mustafayevi əvəzlədi.Həsən Hadıyevin müavini kimi bu haqsızlığı qəbul edə bilməyən Şükür Mustafayev bir müddət sonra dünyasını dəyişdi.

 Faktinfo.az saytına Ağstafa rayonundan verilən məlumata görə,Cavid Qurbanovun "ADY" QSC-dən uzaqlaşdırılandan sonra Həsən Hadıyev də vəzifəsindən kənarlaşdırılıb.Onun haqqında hüquqi araşdırmanın başlandığı qeyd edilir.

 Faktinfo.az





Birinci məlumatlanmaq üçün facebook səhifəmizi