Çavuşoğludan Rusiyaya: İcazə istəməyəcəyik...
Suriyada terror qruplaşmalarına qarşı hərbi əməliyyatlar keçirmək üçün Türkiyənin heç kimin icazəsinə ehtiyacı yoxdur.
Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Biz heç vaxt hərbi əməliyyatlarımız üçün icazə istəməmişik və istəməyəcəyik”, - Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, Rusiya və İran istər keçmişdə, istərsə də bu gün Türkiyənin Suriyadakı əməliyyatlarına qarşı çıxıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın