Cəlilabadda “patı” satışı ilə məşğul olan 7 nəfər saxlanılıb

Cəlilabadda “patı” satışı ilə məşğul olan 7 nəfər saxlanılıb 

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İ.Baxşəliyev, Ə.Hümbətov, Z.Baxşəliyev, S.Abdullayev, N.İbadov, A.Əliyev və M.Musayev saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, keçirilən baxış zamanı onların üzərindən hazır bükümlərdə narkotik vasitə heroin və "patı", "şüşə" kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi