"Çelsi" futbolçuları “Qarabağ”dan danışdı: Çox pis…

"Çelsi" futbolçuları “Qarabağ”dan danışdı: Çox pis… 

"Çelsi"nin əfsanəvi kapitanı Frank Lempard “Qarabağ”ın Çempionlar Liqasındakı ilk oyununu şərh edib.

 Lempard komandamızın müdafiə sistemini sərt tənqid edib:

"Qarabağ" qılıncın küt tərəfini qaldırmışdı. Çox pis, dəhşət doğuracaq müdafiə taktikası seçmişdilər. İngiltərənin Sandey Liqasında (daha aşağı səviyyəli həvəskar komandaların yarışdığı liqa) elə komandalar var ki, daha mütəşəkkil müdafiə olunurlar".

“Qarabağ”ın qapısından ikinci qolu keçirən Davide Zappakosta da vurduğu qoldan danışıb:

"Açığı, vurduğum qol epizodunda hava ötürməsi etmək istəyirdim. Lakin top ayağıma yaxşı oturduğundan, qapıya getdi".

Qeyd edək ki, CL-nın qrup mərhələsinin 12 sentyabrda keçirilən ilk oyununda "Çelsi" "Qarabağ"ı Londonda 6:0 məğlub edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi