Cənab nazir, Şəmkirdə BAZAR AÇIBLAR EEE... - Dövlətin ayırdığı subsidiyalar 100-300 azn-ə satılır
Şəmkir rayon sakini Şərifov Ziya Fərman oğlu Hürriyyət.az-a müraciət edərək bildirir ki, rayonun Dövlət Aqrar İnkişaf Mərkəzi əhalidən subsidiya pullarının verilməsi üçün 100-200 azn məbləğində rüşvət alır.
Pul verilmədikdə isə subsidiya pulları qeydiyyata alınmır. Maraqlısı isə kənd əhalisinin savadsız olmasından istifadə edən idarə əməkdaşları bunu rüsum adı ilə alırlar:
"Şəmkir DAİM -də özbaşnalıq və rüşvətxorluq hələ də davam edir. Verilmiş subsidiya pullarını əhaliyə 100-200 azn məbləğindərüşvət alıb qeydiyyata alırlar. Əks halda subsidiya pulları verilmir. Şəmkir rayon DAİM əhaliyə verilmiş subsidyanı rüşvət alaraq qeydiyyata alırlar. Rüşvət vermiyən heç kimi qeydiyyata almırlar. Bir hektara kimi 100 azn, üç hektardan beş hektara kimi 200 azn, beş hektardan yuxarı 300 azn rüşvət alırlar. Kənd əhalisi savadsız olduğuna görə bunu rüsum adıyla alırlar. Bu cür dələduzluqlarla insanların başına oyun açırlar.
Dəfələrlə İqtisadi İnkişaf nazirliyinə müraciət etmişəm. Zəng edib məlumatlar götürürlər, amma heç bir nəticəsi yoxdur. Kimə deyək sözümüzü?...Məndən də 100 azn alıblar. Bunu əkilməmiş yerə alıblar. Tək mən deyiləm, bütün kəndlərdən bu formada rüşvət alırlar. Ölkə başçısından xahiş edirəm ki, bu məsələni diqqətə götürsün".
QEYD: Mövzunu davam etdirəcəyik.
Bu xəbər üçün şərh yazın