Cənubi Osetiyanın evinə qayıtmasının vaxtıdır - Bibilov

Cənubi Osetiyanın evinə qayıtmasının vaxtıdır - Bibilov 

Hazırda Rusiya ilə məsləhətləşmələr aparılır, referendum aprelin 10-dan sonra keçirilə bilər. Cənubi Osetiya 30, 50, 80, 90-cı illərdə və 2008-ci ilə qədər Rusiyaya qayıtmaq üçün addımlar atıb.

Axar.az xəbər verir ki, bunu Cənubi Osetiya “prezidenti” Anatoli Bibilov deyib.

"Bütün bunlar onu deməyə əsas verir ki, Cənubi Osetiya həmişə Rusiyaya can atıb, çünki osetinlər, cənubi osetinlər Rusiyanın ərazisində yaşayan digər xalqlar kimi Rusiyanı da öz tarixi vətənləri hesab edirlər. Yəni burada qətiyyən heç bir fərq yoxdur. Mən Krımı görürəm, Krım vətənə qayıdıb və məncə, bu gün Cənubi Osetiyanın da evə qayıtmasının vaxtı çatıb”, - o bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi