“Chevron” AÇQ-dəki payını satır –Macarıstan şirkəti ilə danışıqlar aparılır
Macarıstanın energetika şirkəti MOL ABŞ-ın “Chevron” şirkətinin Azərbaycandakı neft yatağındakı payının 2 milyard dollardan baha qiymətə alınması barədə danışıqlar aparır.
Bu barədə “Reuters” agentliyi bank və neft sahəsindəki mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, əvvəlcə MOL “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağındakı iki neft şirkətinin – “Chevron” və onun daha böyük rəqibi olan ABŞ-ın “Exxon Mobil” şirkətlərinin payları ilə maraqlanıb, lakin sonradan yalnız “Chevron”un 9,57%-lik payının satın alınması üçün təklif edib.
“Chevron” və MOL məsələyə şərh verməkdən imtina edib.
Qeyd olunur ki, danışıqlar Baş nazir Viktor Orbanın başçılıq etdiyi Macarıstan hökumətinin Mərkəzi Asiya ölkələri ilə daha yaxın əlaqələr qurmaq kursunu açıqlamasından sonra başlayıb.
“Chevron” və “Exxon Mobil” şirkətləri hazırda yenidən yerli istehsala yönəliblər və buna görə “Exxon Mobil” AÇG-dəki 6,8%-lik payı üçün alıcı axtarışlarını davam etdirəcək.
Bu xəbər üçün şərh yazın