CHP-də 5 saatlıq iclas: Bütün üzvlər istefa verdi

CHP-də 5 saatlıq iclas: Bütün üzvlər istefa verdi -YENİLƏNİB

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) Mərkəzi İcraiyyə Komitəsinin (MYK) iclası keçirilib.

Kamal Kılıçdaroğlunun sədrliyi ilə keçirilən iclas 5 saata yaxın davam edib.

İclasda MYK-nın bütün üzvləri istefa verib.

***

Prezident seçkilərindəki məğlubiyyətdən sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) İdarə Heyəti Kamal Kılıçdaroğlunun sədrliyilə ilk iclasını keçirib.

CNN-Türk xəbər verir ki, mətbuata qapalı keçirilən görüş təxminən 4 saat yarım davam edib. Yerli vaxtla saat 13:40-da başlayan İdarə Heyətinin toplantısında prezident seçkilərinin nəticələri və yol xəritəsi müzakirə edilib .

Verilən məlumata görə iclasda İdarə Heyəti üzvlərinin hamısı istefa edib. Bildirilir ki, yaxın zamanlarda İdarə Heyətinin yeni üzvləri seçiləcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi