"Ciddi şəkildə inflyasiya və qiymət artımı ilə üz-üzə qalmışıq" - deputat
“Hazırda 2021-ci ili prepostpandmeiya dövrü də adlandırırlar”.
APA.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, 2021-ci ildə qlobal ÜDM-nin artımı təxminən 6 %-ə yaxın olub: “Məcburi tələb artıb və təklifin məcburi tələbə çevik reaksiya verə bilməməsi ortaya çıxıb. Buna görə də ciddi şəkildə inflyasiya və qiymət artımı ilə üz-üzə qalmağımıza səbəb olub”.
Komitə sədri qeyd edib ki, 2021-ci ilin büdcəsi postmüharibə dövrünün ilk büdcəsidir: “İlk dəfə olaraq 2021-ci ilin büdcəsində insanların öz doğma yurd-yuvalarına qayıtması, azad olunmuş ərazilərin bərpası və s. məsələlər ilk dəfə büdcədə öz əksini tapıb”.
Bu xəbər üçün şərh yazın