Çin kəşfiyyatı İsrail nazirlərini dinləmək istəyib - Hədiyyələrdən bu cihaz aşkarlanıb

Çin kəşfiyyatı İsrail nazirlərini dinləmək istəyib - Hədiyyələrdən bu cihaz aşkarlanıb + FOTO

Çinin səfirliyinin İsrailin hökumət üzvlərinə hədiyyə etdiyi səyahət fincanlarında şübhəli casus avadanlığı aşkarlanıb.

APA.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, hədiyyələrin yoxlanışı zamanı Çin səfirliyindən göndərilmiş səyahət fincanlarda şübhəli avadanlıq aşkarlanıb.

Adı açıqlanmayan İsrail rəsmisi şübhəli termosun Çin səfirliyi tərəfindən İsrailin İnnovasiya, Elm və Texnologiya Nazirliyinə göndərildiyini və ehtimal ki, nazir Orit Farkaş Hakoheni hədəf aldığını bildirib.

Oxşar hədiyyənin nəqliyyat naziri Merav Mikaelinin ofisinə də göndərildiyi məlum olub. Hər iki nazirin Çinin İsraildə maraqlı olduğu infrastruktur layihələri ilə əlaqəli olduğu bildirilir. Aşkarlanan şübhəli avadanlığın gizli dinləmə cihazı olduğu ehtimal edilir.

Hökumət üzvlərinə xarici qurumlardan hədiyyə qəbul edərkən dinləmə cihazı və ya kameralar ola biləcəyi ehtimalına görə son dərəcə diqqətli olmaları tapşırılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi