Çində korona dəhşəti bitmir: ölənlərin sayı artdı
Çinin Uhan şəhərində yeni tip koronavirusdan karantin rejimində evində ölən və ya tibbi ləvazimatın çatışmazlığından həyatını itirənlərin sayının müəyyənləşdirilməsi üçün araşdırma aparılıb.
Araşdırma zamanı Uhanda bir gündə 1290 ölü qeydə alınıb. Bununla şəhərdə ölənlərin sayının 3 min 869-a yüksəldiyi bildirilib.
Qeyd edək ki, daha öncə Uhanda pandemiyadan 2 min 579 nəfərin öldüyü açıqlanıb./axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın