Çində neftayırma müəssisəsinin fəaliyyəti dayandırılır –Koronavirusa görə
Çin Milli Kimya Korporasiyası (China National Chemical Corporation – ChemChina) koronavirusa görə ölkənin şərqindəki Şandonq əyalətinin Donqyinq şəhərində yerləşən gündəlik 100 min barel istehsal gücünə malik Jenqhe neftayırma müəssisəsini dayandırır.
“Reuters” xəbər verir ki, bundan əvvəl müəssisə gücünün 70 faizi səviyyəsində çalışırdı. Habelə həmin Donqyinq şəhərindəki “Huaxinq” neft-kimya müəssisəsinin və əyalətin Çanqyi şəhərindəki neft-kimya müəssisəsinin fəaliyyəti istehsal gücü 70 faizdən 60 faizədək endirilib. Bu iki müəssisənin məcmu gündəlik gücü 300 min bareldir.
Bütövlükdə, “ChemChina”, “Sinopec” (China Petroleum & Chemical Corporation), “PetroChina”, CNOOC (China National Offshore Oil Corporation) kimi dövlət neft və qaz şirkətləri, həmçinin özəl şirkətlər son iki həftə ərzində istehsalı gündəlik 1,5 milyon barel azaldıblar.
Xatırladaq ki, ötən il dekabrın 31-dən yayılmağa başladığı bildirilən yeni koronavirusun törətdiyi naməlum tip pnevmoniyadan son məlumata görə, yoluxanların sayı 48 mindən çox, ölənlərin sayı 1 310, sağalanlar isə 3 441 nəfərdir/Report.az
Bu xəbər üçün şərh yazın