Çingiz Qənizadə YAP-a keçir? - AÇIQLAMA

Çingiz Qənizadə YAP-a keçir? - AÇIQLAMA 

"Hələlik hüquq müdafiəçisi kimi fəaliyyətimi davam etdirirəm. Partiyada təmsil olunmaq istəyim yaransa, yəqin ki, Yeni Azərbaycan Partiyasına (YAP) üzv yazılaram".

Bunu keçmiş deputat, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.

 

Eks-deputat bildirib ki, bunun üzərində çox ciddi düşünmür, amma hər şey ola bilər: "Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasında da islahatlar getməlidir və gedəcək. Bu, artıq qaçılmazdır. Gələcəkdə seçim qarşısında qalsam ki, hansısa partiyaya üzv olum, o zaman hakim partiyaya üzv olmaq barədə düşünəcəyəm".

 

Bundan əlavə, Ç.Qənizadə qeyd edib ki, bir çox məsələlərdə bitərəf qalmaq doğru olmur: "Baş verən siyasi hadisələrdə hansısa bir qurumun üzvü və təmsilçisi kimi iştirak etmək daha önəmlidir. Son illərdə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən həm kadr, həm də digər sahələrdə aparılan köklü islahatlar nəticəsində ölkəmizin gələcək inkişafı daha da yaxşı olacaq. Belə olan halda hakim partiyada təmsil olunmaq məsələsi üzərində düşünəcəyəm".Azvision.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər