Çinin yalan informasiyalar yaydığı iddia olundu

Çinin yalan informasiyalar yaydığı iddia olundu 

Çinin Uhan şəhərində koronavirus pandemiyasından ölənlərin sayının gizlədildiyi və dünyaya yalan informasiyalar verildiyi iddia olunub.

Bu barədə "Deyli Meyl" məlumat yayıb.

Sözügedən iddiada Çində pandemiyadan 40 min insanın öldüyü, hər gün azı 500 ailəyə yaxınlarının küllərinin göndərildiyi bildirilib.

Məlumata görə, şəhərdə krematoriumlar (cəsəd yandırılan bina) 7 gün, 24 saat işləyir.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Çində pandemiyaya 82 min insan yoluxub. Ölü sayı isə 3 min 304 nəfərdir.

Çin hökuməti bir müddət öncə koronavirusdan ölənlərin cəsədlərinin yandırılması ilə bağlı qərar qəbul edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi