Çirkli və tozlu hava qavrama qabiliyyətinə də mənfi təsirini göstərir

Çirkli və tozlu hava qavrama qabiliyyətinə də mənfi təsirini göstərir 

Çində aparılan yeni tədqiqat çirkli havanın beyinə ciddi şəkildə mənfi təsir etdiyini üzə çıxarıb.

Tozlu və çirklənmiş  hava “Alzheimer” xəstəliyinə səbəb olmaqla yanaşı qavrama qabiliyyətinin də azalmasına səbəb olur.

Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünya əhalisinin 91%-i hava çirkliliyinin təhlükəli olduğu bölgələrdə yaşayır. Alimlər Çində yaşayan fərqli yaş qruplarından 20 min insan üzərində 4 il təcrübə aparıblar. Havadakı zəhərli maddələr insanın sağlamlığına təsir edir, zəkanın azalmasına səbəb olur. Çirkli hava səbəbindən 1 illik təhsil puç olur.

Tədqiqat çərçivəsində 2010-2014-cü illər arasında 10 yaş və daha böyüklər imtahan edilib. Onlara 24 riyaziyyat və 34 ana dili sualı verilib. Sonra isə nəticələr bu dövrdəki hava çirkliliyi səviyyələri ilə qarşılaşdırılıb.

Nəticələrə əsasən, çirkli havaya daha çox məruz qalan insanların zəkası daha çox ziyana uğrayır. Çirkli hava qadınlara nisbətən kişilərə daha çox təsir edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər