Co Bayden Lukaşenkonu zorakılıqdan vaz keçməyə çağırdı - “Seçkilər saxtalaşıdırılıb”

Co Bayden Lukaşenkonu zorakılıqdan vaz keçməyə çağırdı - “Seçkilər saxtalaşıdırılıb” 

ABŞ prezidentliyinə namizəd Cozef Bayden Belarusda baş verən hadisələrə münasibət bildirib.

C. Bayden etiraz aksiyaları keçirən Belarus xalqına dəstək verib və seçkilərdə saxtakarlığa yol verildiyini vurğulayıb:“Prezident Aleksandr Lukaşenkonun 26 illik avtoritar rejimi dövründə sistemli repressiyalardan sonra Belarus xalqı tələb edir ki, onun səsi eşidilsin”.

Demokratların namizədi Lukaşenko rejiminin interneti söndürdüyünü, etirazçıları və müstəqil jurnalistləri həbs etdiyini, xarici müşahidəçilərin ağzını yummağa cəhd göstərdiyini söyləyib. Onun sözlərinə görə, bu, heç də öz qələbəsinə arxayın olan liderin davranışları deyil: “Bu hadisələri sənədləşdirmiş mərd vətəndaşların – jurnalistlərin, aktivistlərin və adi insanların sayəsində biz rejim tərəfindən demokratiyaya hücumlar haqda məlumatlıyıq. Mən bütün siyasi məhbusların azadlığa buraxılmasına barədə çağırışları dəstəkləyirəm. Mən Lukaşenkonu etiraz aksiyaları iştirakçılarının hüquqlarına hörmət göstərməyə və zorakılıqdan vaz keçməyə çağırıram”.

Bayden sonda vəd edib ki, hakimiyyətə gələrsə, onun administrasiyası demokratik prinsiplər və insan haqlarının müdafiəsindən heç vaxt yayınmayacaq, vahid cəbhə halında çıxış etmək üçün öz demokratik müttəfiqləri və tərəfdaşları ilə birlikdə hərəkət edəcək.

Avropa Birliyinin icra orqanı – Avropa Komissiyası da Belarus seçkilərinin xalqın iradəsini əks etdirməsinə şübhə edir. Bunu AB-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano deyib. O qeyd edib ki, yerli müstəqil müşahidəçilərin məlumatları rəsmi nəticələrdən şübhə duymağa əsas verir. P. Stano vəziyyətin təhlilindən sonra yeni sanksiyaların tətbiqini istisna etməyib. Bu məsələ AB ölkələri xarici işlər nazirlərinin 27-28 avqust tarixlərində Berlində keçiriləcək görüşündə müzakirə olunacaq./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi