"Co Bayden seçilsə, Bakı və Ankaraya yaxşı münasibət sərgiləməyəcək"- Metyu Brayza
Fikrimcə, keçmiş vitse-prezident Co Bayden prezident seçilsə, Azərbaycan və Türkiyəyə qarşı çox da dostyana mövqe sərgiləməyəcək.
Bu sözləri açıqlamasında ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza ABŞ-dakı prezident seçkilərinin nəticələrinin Bakı-Vaşinqton münasibətlərinə mümkün təsirləri haqda danışarkən deyib.
Brayzanın sözlərinə görə, 2020-ci il ABŞ prezident seçkiləri tarixdəki ən rəqabətli seçkilərdən biridir:
“Kimin qalib gələcəyini demək çətindir… Qalib çox az səs fərqi ilə müəyyənləşəcək. Prezident Donald Tramp seçkini uduzarsa, nəticəylə bağlı məhkəmədə mübarizə aparacağını qeyd edib”.
Keçmiş səfir seçkilərdə Baydenin qalib gələcəyi təqdirdə bunun Azərbaycanla ABŞ arasındakı münasibətlərə hansı formada təsir göstərəcəyindən də danışıb:
“Bayden son bir neçə il ərzində Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanın əleyhinə çıxışları ilə yadda qalıb. Dağlıq Qarabağ müharibəsi ərəfəsində verdiyi açıqlamaları zamanı Bayden Türkiyə və Azərbaycanı dəstəkləməyib. Təəssüf ki, o, bunu edərkən Azərbaycanın sadəcə BMT-nin TŞ-nin 4 qətnaməsindən irəli gələn müddəaları həyata keçirərək, öz ərazi bütövlüyünü bərpa etdiyini yaddan çıxarmışdı”.
Bu xəbər üçün şərh yazın