Cümhur İttifaqı Ankaranı uduzdu, İstanbulda qazandı
Son məlumata görə, Ankarada CHP, İstanbulda AKP qazanıb.
Bu dəqiqələrdə Binəli Yıldırım jurnalistlərin qarşısına çıxaraq, İstanbulda bütün məntəqələrin səslərin sayıldığını bildirib.
O, alınan nəticəyə görə, qələbə qazandığını bəyan edib.
***
Türkiyədə bələdiyyə seçkilərinin nəticələri açıqlanmağa başlayıb.
Faktinfo.az xəbər verir ki, indiyə qədər səslərin 90,37 faizi sayılıb.
Hazırkı nəticələrə görə, ümumilikdə Cümhur İttifaqı (AKP-MHP) 51,75 faiz səslə öndədir.
Millət İttifaqı (CHP-İYİ) isə 37,65 faiz səslə Cümhur İttifaqını təqib edir.
“Cumhur” sabiq spiker Binəli Yıldırımın (48.73 faiz) simasında İstanbulda, o cümlədən Trabzon, Konya, Sivas, Ərzrum, Şanlıurfa, Ağrı, Ordu, Malatiya, Dənizli və digər şəhərlərdə üstündür.
Hazırda 99 faizə yaxın sayılan səslərə görə, İstanbulda CHP-li Əkrəm İmamoğlu isə 48.63 faiz səs toplayıb.
“Millət”in CHP-li namizədi Tunç Soyer İzmirdə mütləq üstünlüklə – təxminən 58 faiz səslə öndədir. Hazırkı nəticələrə görə, CHP İzmirlə yanaşı, Eskişhər, Antalya, Adana, Yalova, Ədirnə, Təkirdağ, Artvin, Aydın, Muğla və digər bir neçə iri şəhərlərdə də mütləq qələbə qazanır.
Ankarada isə CHP-li Mənsur Yavaş (50.54) ilə AKP-li Mehmet Özhaseki (47.27) arasında mübarizə davam edir. Bu şəhərdə isə səslərin 92 faizə yaxını sayılıb.
MHP isə İğdır, Ərzincan, Karabük, Kastamonu, Balıkesir, Manisa, Kutahya, Amasiya, Karaman, Çorum və Bayburtda qələbə qazanır.
HDP isə Diyarbəkir, Hakkari, Batman və Vanda mütləq qələbə qazanırlar.
Partiyalar üzrə ümumi nəticə belədir:
1. AKP – 44,99 %
2. CHP – 30,26%
3. İYİ Partiyası – 7.39%
4. MHP – 6.76%
5. HDP – 3.99%
6. Səadət Partiyası – 2,46%
Bu xəbər üçün şərh yazın