Dabanı ilə heyrətamiz qol vurdu
“Nyukasl Cets” klubunun yarımmüdafiəçisi Rayli Makqri rəqib “Melburn Siti” komandasının qapısından inanılmaz qol keçirib.
19 yaşlı Makqri oyunun 56-cı dəqiqəsində seçilib.
Yarımmüdafiəçi ona ötürülən topa dabanı ilə toxunaraq, əqrəb zərbəsi ilə möhtəşəm qol vurub. Qolun görüntüsü “Twitter” də yayılıb.
“Cets” matçda 2:1 hesabı ilə qalib gəlib. Qələbə qolunu Ceyson Hofman vurub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın