Dağıstanda “voenkomat” önündə səfərbərliyə etiraz - Video
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik elan edib.
Onun bu qərarından sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb və insanlar səfərbərlik əleyhinə mitinqlər keçiriblər. Son məlumatlara görə artıq aksiyaya qoşulanlardan 1400-ə qədəri saxlanılıb və onlara səfərbərliklə bağlı çağırış vərəqələri verilib.
Faktinfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Azərbaycanla sərhəd olan Dağıstan Respublikasında da insanlar etirazlara qoşulub.
Dağıstanda hərbi komissarlıq işçiləri ilə səfərbərliyə etiraz edən vətəndaşlar arasında yaşanan mübahisə qısa müddətdə gündəmə çevrilib.
Belə ki, vətəndaşlar bunun vətənin müdafiəsi üçün atılmış bir addım yox, siyasi bir qərar olduğunu bildiriblər.
Həmin anların görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb və müzakirələrə səbəb olub.
Sözügedən kadrları təqdim edirik:
Bu xəbər üçün şərh yazın