Daha bir deputat Gömrük Komitəsini tənqid etdi

Daha bir deputat Gömrük Komitəsini tənqid etdi 

Milli Məclisin bu gün keçirilən plenar iclasında Gömrük Komitəsinin fəaliyyəti yenə tənqid olunub.

Faktinfo.az etikxeber.az-a istinadən xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Elman Nəsirov təmsil etdiyi Cəlilabad rayonundan olan iş adamları və sahibkarların öz məhsullarını ölkə sərhədlərindən kənara çıxarmaqda böyük problemlərlə üzləşdiklərini deyib.

Deputat Dövlət Gömrük Komitəsini bu məsələdə daha operativ və fəal olmağa səsləyib.

O, bildirib ki, bu gün ona onlarla yerli iş adamı və sahibkar müraciət edib, bununla bağlı narahatlıqlarını ifadə ediblər. 


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi