Daha bir ölkə rus diplomatını ölkədən qovur
Rusiyalı diplomat 72 saat ərzində Bolqarıstanı tərk etməlidir.
Bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rusiyalı diplomat persona non-qrata elan olunub və 72 saat ərzində ölkəni tərk etməlidir”, - XİN-dən bildirilib.
Bolqarıstan Baş Prokurorluğu da həmin diplomata qarşı casusluq ittihamı irəli sürüb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın