Daha bir şəxs spirtli içkidən zəhərlənib xəstəxanalıq oldu - BAKIDA
Bakıda 40 yaşlı kişi spirtli içkidən zəhərlənib.
Hadisə yanvarın 24-i saat 19 radələrində, paytaxtın Xətai rayonu Q.Nəbi küçəsi ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Şahmalı Əzimov "Beer Point" kafesində 1 litr "Tradisii Belarusii" markalı araq içərək zəhərlənib. O, spirtli içki diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Ş.Əzimovun vəziyyəti ağırdır.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində araşdırma aparılır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın