Daha bir vəzifəli şəxsin qardaşı MM-də yüksək vəzifə aldı
Milli Məclisdə yeni yaradılan Yerli icra hakimiyyətləri ilə iş şöbəsinin müdir müavini təyin edilən Teymur Tağıyev haqda maraqlı məlumat yayılıb.
Faktinfo.az xəbər verir ki, Bakupost.az saytı bu vaxta qədər MM-də məsləhətçi kimi çalışan və ötən gün yeni şöbəyə müdir müavini təyin edilən T.Tağıyevin Yevlax Rayon İcra hakimiyyətinin başçısı Anar Tağıyevin qardaşı olduğunu yazıb.
Anar Tağıyev isə Bakı meri Eldar Əzizovun kürəkənidir.
Qeyd edək ki, Yerli icra hakimiyyətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə Milli Məclisin spikeri sahibə Qafaqova Rüstəm Mahmudovu təyin edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın