Daha iki universitet ənənəvi tədrisi bərpa etməmək barədə qərar verdi - Diqqət!
Azərbaycanda daha iki universitet fevralın 15-dən ənənəvi tədrisi bərpa etməmək barədə qərar verib.
Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ikinci smestri onlayn şəkildə davam etdirəcək.
ADAU-dan bildirilib ki, tədris distant (onlayn) formada və ADAU TV vasitəsilə keçiriləcək.
AzTU-nun mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, tədris onlayn şəkildə davam edəcək: "Laboratoriya dərslərində virtual laboratoriya təqdim olunacaq"./Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın