DAVUDOĞLU YENİ PARTİYASINI ELAN ETDİ -

DAVUDOĞLU YENİ PARTİYASINI ELAN ETDİ - "Təbəssüm göstərməyə gəlmişik"

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu yeni partiya yaradıb.

“Hurriyet” xəbər verir ki, dekabrın 13-də paytaxt Ankarada Gələcək Partiya adlı siyasi təşkilatın tanıtım toplantısı keçirilib.

Partiyanın təsisçiləri 154 nəfərdən ibarətdir. Onlardan bir hissəsi hakim Ədalət və İnkişaf Partiyasından istefa verən şəxslərdir. Gələcək Partiyanın şüarı isə “Bizim bir gələcəyimiz var”dır.

Partiyanın tanıdılması toplantısında çıxış edən Ə.Davudoğlu deyib: “Keçmişi qaralamağa deyil, ortaq bir gələcək qurmağa, yeni şeylər söyləməyə gəlmişik. Üz turşutmağa deyil, təbəssüm göstərməyə gəlmişik. Hazırda bizi bir-birimizdən ayıran deyil, birləşdirən siyasət barədə danışmalıyıq”.

Qeyd edək ki, Ə.Davudoğlu 2009-2014-cü illərdə Türkiyənin xarici işlər naziri, 2014-2016-cı illərdə baş naziri olub. O, 2019-cu ilin sentyabrın 13-də hakim Ədalət və İnkişaf Partiyasından istefa verib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi