DÇ-yə görə 4 televizor aldı, arvadı hədələdi

DÇ-yə görə 4 televizor aldı, arvadı hədələdi 

İsraildə bir qadın həyat yoldaşını Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına baxmaq məqsədilə 4 televizor aldığına görə məhkəməyə verəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, 40 yaşlı qadın həyat yoldaşının oyunları izləmək üçün ehtiyat televizorlar almasından heyrətə gəlib.

İsrailli qadın yoldaşının evlərini səs-küylü “kişi klubu”na çevirmək istəyindən narahatlığını dilə gətirib. O, həyat yoldaşına televizorları ehtiyacı olan şəxslərə verməyi təklif etsə də, kişi bundan imtina edib.

Qadın bundan sonra həyat yoldaşına çempionat ərzində valideynləri ilə birlikdə qalmağı məsələhət görüb, əks halda isə onu məhkəməyə verəcəyini bildirib.

Qadının sözlərinə görə, həyat yoldaşı futbola baxmağına mane olacağı halda televizorları onun başında qıracağı ilə hədələyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər