"Dəhşətli virusdan 2 nəfər Kiniki Tibbi Mərkəzə yerləşdirilib"

"Dəhşətli virusdan 2 nəfər Kiniki Tibbi Mərkəzə yerləşdirilib" — RƏSMİ AÇIQLAMA

Virus təhlükəsilə 2 nəfər Klinik Tibbi Mərkəzin (KTM) yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Səhiyyə Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, onlardan biri 1996-cı il təvəllüdlü Çin vətəndaşıdır. Həmin şəxs sonuncu dəfə 19 yanvar tarixində Çində olub. Analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-ü evə buraxılacaq”.

 Digər xəstə isə 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır, Çində təhsil alır:

 “Şəxs Bakıya yanvarın 28-i gəlib. Heç bir şikayəti yoxdur, amma buna baxmayaraq inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq.

Xüsusi tibb müəssəsinə yerləşdirilənlərin də vəziyyəti yaxşıdır. Karantində qalma müddəti başa çatan kimi onlar da evlərinə buraxılacaqlar.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər