Dənizlə 4 km üzərək mühasirədəki Mariopoldan çıxdı...
Mariopol sakini Dmitri Yurin dənizlə əhatə olunmuş şəhərdən Melekino kəndinə 2,5 saat üzərək Rusiya tərəfindən aramsız bombalanan xaraba qalmış şəhərdən çıxa bilib.
Bu inanılmaz bir hekayət Britaniyanın "Qardian"("The Guardian"" nəşri tərəfindən nəql edilib.
Qeyd edilir ki, Mariupol dram teatrına Rusiya bombası düşərkən Dmitri evdə olub. Onun Mira prospektindəki mənzili bir neçə yüz metr aralıda, fəvvarənin olduğu meydanın o tayında idi. Teatr böyük bomba sığınacağına çevrildi və içəridə yüzlərlə qadın və uşaq var idi:
"Bu, dəhşətli, güclü partlayış idi, böyük partlayış idi. Qışqırıqlar eşitdim. Cəsədlər və cəsəd parçaları gördüm. Bir qadını çıxardım, sonra bir qız, sonra oğlan... Hamı yaralandı. Oğlanın ayaqları tərpənmirdi... O, qışqırırdı. Əllərim titrəyirdi. Qan içində idim”, - bu ürəkparçalayan cümlələri Yurin söyləyib.
O, daha sonra iki dəhşətli həftə ərzində rus qoşunlarının hücumuna məruz qalan və mühasirəyə alınan Mariopoldan çıxmalı olduğuna qərar verib. Şəhərlə əlaqə hər tərəfdən kəsilmişdi...
"Dmtri fövqəladə bir plan hazırlayıb və təhlükəsiz yerə üzmək qərarına gəlib. Əvvəllər qurdları qazıb çıxarmaq üçün istifadə edilən balıq ovu baltalarını tapıb. Corablarını bağlamaq üçün iki plastik zibil torbası, yardımçı qüvvələr kimi istifadə etməkdən ötrü bir neçə kəndir və dörd 5- litrlik plastik butulka götürüb”, - ingilis qəzeti belə yazır.
Yurinin dediyinə görə, bu qeyri-adi "kostyum"da o, piyada sahilə yola düşüb. Dənizlə iki saat yarım üzüb. 2,5 millik (təxminən 4 km) marşrut onu Rıbatskoyedəki rus mövqelərindən keçərək müharibədən əvvəl çimərlik kurortu olan Melekino kəndinə qədər aparırdı. Kənddə onu qəbul edən, araq və bir kasa borş verən yaşlı bir cütlüklə rastlaşıb. Bununla belə, kənd rusların nəzarətində olub. Qonşunun köməyi ilə Yurin Rusiya qoşunlarının işğal etdiyi Berdyanska gedən mikroavtobusa minməyi bacarıb. Onun sözlərinə görə, keçid məntəqəsindəki Rusiya əsgərləri ona məhəl qoymayıblar. Berdyanskdan isə o, Ukraynanın nəzarətində olan əraziyə keçə bilib.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasının Mariopoldakı təxribatları ilə bağlı xəbərdarlıq etmişdi. İşğalçılar Mariopoldakı qurbanları elə göstərəcəklər ki, guya onları öldürən rus hərbçiləri deyil. Rusiya əsgərləri küçələrdə meyitləri toplayır və onları “hazırlanmış təbliğat ssenarilərinə uyğun olaraq” istifadə etmək üçün şəhərdən çıxarırlar.../ moderator.az
Bu xəbər üçün şərh yazın