Depardye Makrona etiraz etdi: "Onun təcrübəsizliyi bizi uçuruma aparır”
Məşhur fransız aktyor Jerar Depardye də müsəlmanlara qarşı gəldiyi üçün Fransa prezidenti Makrona öz etirazını bildirib.
Aktyor öz etirazını bu cür ifadə edib:
“Lənət şeytana, niyə mən həmişə siyasətə qarışmalıyam? Fransız olaraq ölkəmizdə baş verənlərdən narahatam, müsəlmanlar nə ediblər ki, siz onları təhqir edirsiniz? Nə üçün siz onların dininə hörmətlə yanaşmırsınız, onların inancına qarışırsınız?
Mən bilirəm ki, bizim respublikanın prezidenti homoseksualistdir, ancaq bu mövzuya heç kim heç zaman toxunmur. Onun təcrübəsizliyi üzündən yeritdiyi siyasət bizi uçuruma aparır”.
Jerar Depardiye müsəlmanlara qarşı edilən təhqirlərə görə şəxsən öz adından üzr istədiyini deyib:
“Öz adımdan həmvətənlərimə və bütün müsəlman icmasına salam göndərirəm. Edilən təhqirlərə və nifrətə görə üzr istəyirəm və sülh içində yaşamaga dəvət edirəm”.
Xatırladaq ki, oktyabrın 24-də Fransa Prezidenti Emmanuel Makron Məhəmməd peyğəmbərin karikaturalarını yayımlamaq barədə vədlər verdikdən sonra bir çox müsəlman ölkələri Fransaya nota göndərib. Bəzi Yaxın Şərq ölkələri Fransa məhsullarını boykot edib./Musavat.com
Bu xəbər üçün şərh yazın