Deputat “Azərsu”-dan şikayətləndi: Yollara böyük ziyan vurulub
“Gəncə aeroportunun adı dəyişdirilərək, ona Nizami Gəncəvinin adı verilsin”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, Moskva-Bakı reysi artıq açılır: “Yaxşı olardı ki, Gəncə-Moskva, Gəncə-İstanbul reysi də açılsın. Gəncə əhalisi ticarətlə məşğul olur. Digər tərəfdən Gəncədə kanalizasiya tikintisi öz həllini tapmır. Əksinə, bununla bağlı işlər Gəncədəki yollara böyük ziyan vurub. “Azərsu” bu problemlə əlaqədar Gəncə əhalisinə hesabat versə, yaxşı olar”. /APA.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın