Deputat boşanmaların çoxalmasından narahatdır: “Hər üç nikahdan biri pozulur”

Deputat boşanmaların çoxalmasından narahatdır: “Hər üç nikahdan biri pozulur” 

Hökumətin hesabatina müsbət səs verəcəm. Bu o demək deyil ki mənim üçün qənaətbəxşdir".

Bunu parlametin bu gün keçirilən iclasında çıxış edərkən deputat Fazil Mustafa deyib.


"Birincisi ona görə müsbət səs verəcəm ki, müharibə nəticəsində torpaqlarımız işğaldan azad edilib. Digərində isə pandemiya ilə mübarizədə ölkəmiz minimum itkilərlə çıxib"-deyə deputat əlavə edib.


Fazil Mustafa adambaşına düşən ümumdaxili məhsulun 5 % azaldığını qeyd edib:


"Ölkədə ərzağın və tikinti məhsullarının qiyməti qalxıb. Əsas istiqamət odur ki, özəl sektor dirçəldilməlidir. Sosial problem çox acınacaqlı vəziyyətdədir. Boşanmalar çoxalıb. Bu gün hər üç nikahdan biri boşanma ilə nəticələnir. Bu da sosial vəziyyətlə bağlıdır. Məktəblərdə təhsilin səviyyəsi obyektiv səbəblərdən aşağı düşüb. Pandemiya səbəbindən vətəndaş da, sahibkar da pis vəziyyətdədir. Bu məsələlər tənzimlənməlidir".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi