Deputat Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini ziyarət edib

Deputat Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini ziyarət edib - FOTOLAR

Milli Məclisin deputatı Könül Nurullayeva Bakının Nizami rayonunda yerləşən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə baş çəkib, direktor Natella Həsənovanın rəhbərliyi altında mərkəzin kollektivi və müəllim heyəti ilə görüş keçirib.

Görüş zamanı K.Nurullayeva bildirib ki, müasir standartlara cavab verən mərkəzlərin yaradılması, həssas qrupa daxil olan uşaqların inkişafı və s. bu kimi məsələlər, Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır. O, həmçinin təmsil etdiyi Nizami rayonunda da daun sindromlu uşaqlar üçün belə yüksək səviyyəli bir mərkəzin yaradılmasında əməklərinə görə birinci xanım  Mehriban Əliyevaya, eyni zamanda Leyla Əliyevaya, Heydər Əliyev Fondunun bütün kollektivinə təşəkkürünü çatdırıb.

Nəzərinizə çatdıraq ki, 2013-cü ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa olunan mərkəz ölkəmizdə yeganədir. Mərkəzdə kompüter, loqoped, riyaziyyat, astronomiya, psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri, idman zalı və üzgüçülük hovuzu, kino və teatr zalları olmaqla yanaşı, heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərir. Mərkəzdə, eyni zamanda peşəkar müəllimlər tərəfindən 250-dən çox daun sindromlu uşağa xüsusi qayğı göstərilir, onların normal həyat şəraitini təmin etmək üçün lazımi addımlar atılır.

Lətafət Orucqızı

Faktinfo.az

Deputat Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini ziyarət edibDeputat Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini ziyarət edibDeputat Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini ziyarət edibDeputat Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini ziyarət edibDeputat Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini ziyarət edibDeputat Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini ziyarət edibDeputat Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini ziyarət edibDeputat Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini ziyarət edib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi