Deputat: “Devalvasiya olmayacaq, olmamalıdır”

Deputat: “Devalvasiya olmayacaq, olmamalıdır” 

"Azərbaycanda heç bir makroiqtisadi göstərici devalvasiyadan xəbər vermir. Devalvasiya olmayacaq, olmamalıdır.

Ölkənin qızıl valyuta ehtiyatları, Mərkəzi Bankın valyuta ehtiyatları, iqtisadi artım hər biri normadadır".

 Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

 Deputat bildirib ki, Azərbaycanda günün bəlasına çevrilən inflyasiya devalvasiyaya səbəb ola bilməz: "İnflyasiyanı biz dəfələrlə müzakirə edib, səbəblərini izah etmişik. Yəni, inflyasiya devalvasiyaya gətirib çıxarmır. Devalvasiya inflyasiyaya gətirib çıxara bilər, doğrudur. Həmçinin bizim beynəlxalq ticarətin saldosu da müsbətdir. Belə olan halda, necə ola bilər ki, ölkədə devalvasiya olsun?! Mümkün deyil".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi