Deputat: “Dünya bazarında ərzaq məhsullarının qiymətlərində artımın davam edəcəyi gözlənilir”
“Pandemiya qlobal ərzaq, eləcə də qeyri-ərzaq bazarına ciddi təsir göstərməkdədir”.
Faktinfo.az xəbər verir ki,bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat qeyd edib ki, cari ilin birinci yarısında dünya bazarında qiymətlərin kəskin artacağı gözlənilir:
“Nəzərə alsaq ki, təklifin azalması qiymətlərin artmasına gətirib çıxardıb. Artıq dünya bazarında, xüsusən ərzaq məhsullarının qiymətində xüsusi artım müşahidə olunur. Qeyd edim ki, 2021-ci ildə dünya bazarında ərzaq məhsullarının qiyməti təxminən 38 faiz artıb. Ümumiyyətlə, bu son illərin ən yüksək qiymət artımlarıdır. Gözlənilir ki, 2022-ci ilin birinci yarısında dünya bazarında qiymət artımları davam edəcək. Xüsusən dünya bazarında ərzaq məhsullarının qiymətinin növbəti aylarda da artacağı gözlənilir”.
Millət vəkili qeyri-ərzaq məhsullarının qiymətlərində də müəyyən artımların olduğunu diqqətə çatdırıb: “
Ancaq, ərzaq məhsulları daha sürətlə artır, çünki ərzaq məhsullarının tələb yüksəlməkdədir. Təklif də, istehsal da qlobal olaraq azalır. Bu, təbii ki, qiymətlərin dəyişməsinə və artmasına gətirib çıxarır. Bu baxımdan növbəti dövrlərdə də, dünya bazarında ərzaq məhsullarının qiymətlərində artımın davam edəcəyi gözlənilir”.
Bu xəbər üçün şərh yazın