Deputat Fəttah Heydərovun yerinə keçmək istəyir - İDDİA
Yaxın vaxtlarda Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) növbədənkənar qurultayının keçirilməsi gözlənilir. Qurultayda Milli Məclisin deputatı, professor Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının yeni sədri seçilə bilər.
Bu barədə Demokrat.az-a AAŞ-dan məlumat daxil olub.
Məlumatda iddia olunur ki, Eldar Quliyev bu il avqustun 4-də vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun ili çıxmadan onun yerinə keçmək istəyir.
Sözügedən ittihamlarla bağlı Eldar Quliyevlə telefon əlaqəsi saxlasaq da, zənglərimizə cavab verilməyib. Onun fikirlərini də öyrənməyə çalışacağıq.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın