Deputat feysbukda paylaşımlarına münasibət bildirməyənləri vicdansız adlandırdı
Milli Məclisin deputatı Etibar Əliyev feysbuk hesabında paylaşımlarına reaksiya verməyən dostlarını təhqir edib.
Deputat həmin şəxsləri dostluğundan çıxaracağını vurğulayıb. E. Əliyevin sözlərinə görə, onun feysbukda 5000 dostu var və paylaşımlarına kim münasibət bildirmək istəmirsə, dostluğu tərk etməlidir: “Bunu etməyən şəxsi vicdansız hesab edirəm. Yük olmaq lazım deyil. Mən təhsil və elm barədə ciddi paylaşmalar edəcəyəm. Dostluq üçün çoxsaylı müraciətlər var. Əks təqdirdə inciməyin, özüm dostluqdan çıxaracağam”.
Millət vəkilinin sözügedən statusu dostları tərəfindən birmənalı qarşılanmayıb. Statusa şərh yazanlar bu məsələdə belə sərt olmağın lazımsız olduğunu vurğulayıblar. Həmçinin deputatın özünün dostluğunda olan şəxslərin statusuna vaxt ayırıb-ayırmadığı da sual olunub./Pravda.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın