Deputat Gəncə İnzibati Məhkəməsinin fəaliyyətinin araşdırılmasını istəyir -

Deputat Gəncə İnzibati Məhkəməsinin fəaliyyətinin araşdırılmasını istəyir - "İnsanları incidirlər..."

“Güclü məhkəmə hakimiyyəti olmadan Azərbaycanda güclü Ombudsman təsisatı ola bilməz”.

APA.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, məhkəmə hakimiyyətinin gücləndirilməsi üçün görülən işlər yetərli deyil: “Çox təəssüf ki, biz iqtisadiyyatımızı azad rəqabətə əsaslanan bazar iqtisadiyyatına uyğun qura bilmirik. Gəncə İnzibati Məhkəməsi ilə əlaqədar süründürməçiliklə bağlı şikayətlər çoxdur. Məhkəmə nə iddiaçının xeyrinə, nə də ziyanına qərar qəbul edir. 

Buradan Məhkəmə Hüquq Şurasına müraciət edirəm ki, bu məhkəmənin fəaliyyəti araşdırılsın. Eyni zamanda Gəncə Apelyasiya məhkəməsinin inzibati kollegiyası ilə bağlı şikayətlə var. Gəncə Azərbaycanın ən böyük ikinci şəhəridir. Biz orada zaman-zaman insanların incidilməsini görmüşük”. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi